AZ

“Ukraynanın 600 km yolunda dron əleyhinə mühafizə sistemləri yerləşdiriləcək” - Kuleba

Təxminən 600 km Ukrayna yolu dron əleyhinə mühafizə sistemləri ilə təchiz olunacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın yenidənqurma üzrə baş nazirin müavini, icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə tibbi və müdafiə sistemləri üçün vacib olan əsas logistika marşrutlarının və təxliyə dəhlizlərinin siyahısı müəyyən edilib: “Bunlara xüsusi dron əleyhinə tədbirlər tələb edən təxminən 600 km yol daxildir. Bu ərazilər üçün ümumi maliyyələşdirmə tələbatı 12,8 milyard qrivnadan çoxdur. Bu marşrutların bərpası, lazımi mühəndislik və qoruyucu həllərin tətbiqi üçün Müdafiə Nazirliyi ilə birgə maliyyələşdirmə mexanizmi artıq hazırlanır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr