AZ

AİB "Azərbaycan Dəmir Yolları"nın rəqəmsal transformasiyası layihəsi üzrə tender elan edib

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yollarının RəqəmsalTransformasiyası Layihəsi” çərçivəsində satınalma prosedurlarınastart verib və layihə üzrə beynəlxalq tender elan olunub.

Trend AİB-əistinadən xəbər verir ki, layihə "Azərbaycan Dəmir Yolları" QSC-ninəsas fəaliyyət proseslərinin rəqəmsallaşdırılmasını nəzərdə tuturvə 47 milyon ABŞ dolları məbləğində kredit hesabınamaliyyələşdirilir. Maliyyələşmə AİB-in 4497-AZE nömrəli kreditiçərçivəsində ayrılıb.

Layihənin əsas məqsədi dəmir yolu sektorunda idarəetmənin vəəməliyyatların səmərəliliyinin artırılmasıdır. Bu çərçivədə dəmiryolu daşımalarının idarə edilməsi, aktivlərin idarə olunması,investisiyaların planlaşdırılması və idarə edilməsi, yükmüştəriləri ilə iş sistemi, eləcə də korporativ funksiyalarınrəqəmsallaşdırılması planlaşdırılır.

Layihə nəticəsində məlumatların idarə olunmasınıntəkmilləşdirilməsi, aktivlərin optimallaşdırılmış idarə edilməsi,dəmir yolu əməliyyatlarının ümumi səmərəliliyinin artırılması,xərclərin azaldılması, dəmir yolu təhlükəsizliyinin gücləndirilməsivə əmək məhsuldarlığının yüksəldilməsi gözlənilir.

Eyni zamanda, layihə çərçivəsində ADY-nin əsas biznesproseslərinin vahid idarəetmə məlumat sistemində tam inteqrasiyasıhəyata keçiriləcək, şirkətin əməkdaşlarının informasiyatexnologiyaları sahəsində bacarıqları artırılacaq.

Məlumata görə, layihə ölkə üzrə həyata keçiriləcək və əsasməqsədlərdən biri Azərbaycanda dəmir yolu sektorunun dayanıqlıinkişafını təmin etməkdir.

Layihənin icrası çərçivəsində maliyyələşdirilən bütün satınalmaprosedurları AİB-in beynəlxalq açıq tender qaydalarına uyğun olaraqhəyata keçiriləcək. Satınalmalar bankın 2017-ci il tarixliSatınalma Siyasəti və qaydalarına əsasən beynəlxalq rəqabətlitender prosedurları vasitəsilə təşkil olunacaq.

Qeyd edək ki, layihə üzrə kredit 10 mart 2025-ci ildə qüvvəyəminib, hazırda satınalma və tender prosesləri davam edir. Layihənintəsdiqi isə 30 sentyabr 2024-cü ildə baş tutub.

Məqalədə:
Seçilən
29
1
az.trend.az

2Mənbələr