AZ

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

Bakı. Trend:

Azərbaycan yanacağının idxalına başlanmasından sonra Ermənistanbazarında qiymətlər bir neçə səbəbə görə aşağı düşüb.

Bunu Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri QeqamGevorkyan bildirib.

Birincisi, daşınma xərcləri azalıb, çünki yüklər Azərbaycandanvə Gürcüstandan dəmir yolu ilə gətirilir. İkincisi, bazariştirakçılarından birinin daha ucuz məhsulu meydana çıxıb və digəriştirakçılar da bu reallığa uyğunlaşmağa məcbur olublar.

Onun sözlərinə görə, son beş ildə ölkənin yanacaq bazarındaçoxsaylı kiçik şirkətlərdən əlavə üç yeni iri təsərrüfat subyektifəaliyyətə başlayıb.

“Təəssüf ki, birja qiymətlərinin aşağı olduğu dövrdən istifadəetmək imkanı uzun çəkmədi, çünki hazırda dünya bazarında daqiymətlər artır . Qarşıdakı dövrdə proseslərin necə inkişafedəcəyini və birjada vəziyyətin necə formalaşacağını anlamalıyıq”,– deyə Gevorkyan qeyd edib.

Məqalədə:
Seçilən
13
4
az.trend.az

5Mənbələr