BAKI, 16 mart. TELEQRAF
Astronomlar TESS peyki vasitəsilə aparılan müşahidələr zamanı kəşf edilən yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları TOI-1080 adlı ulduzundan gələn siqnal müəyyən ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Interesting Engineering” məlumat yayıb.
Alimlər bildiriblər ki, TOI-1080 fəaliyyəti zəif olan M4V tipli qırmızı cırtdan ulduzdur. Yerüstü teleskoplarla aparılan müşahidələr siqnalın planetin ulduzun qarşısından keçməsi nəticəsində yarandığını təsdiqləyib.
Yeni kəşf edilən planet TOI-1080 b adlandırılıb. Planet ölçüsünə görə Yer kürəsindən bir qədər böyükdür və öz ulduzu ətrafında tam dövrünü dörd gündən az müddətdə tamamlayır.
Müşahidələr obyektin həqiqətən planet olduğunu təsdiqləyir. Çox güman ki, TOI-1080 b Yer kürəsi kimi torpaqlı planetdir.
Planetin radiusu Yerinkindən təxminən 1,2 dəfə böyükdür, kütləsinin isə Yerin kütləsindən çox olmadığı, hətta ona yaxın ola biləcəyi ehtimal edilir.
Planet ulduzu ətrafında təxminən 3,97 günə tam dövr edir.
Planetin temperaturu təxminən təxminən 95°C hesablanır. Bu isə onu torpaqlı ekzoplanetlər üçün nisbətən isti, amma yenə də mülayim temperatur diapazonunda yerləşdirir.
Müşahidələr həmçinin göstərir ki, TOI-1080 b ulduzunun yaşayış üçün yararlı zonasında dövr edə bilər. Buna görə alimlər ehtimal edirlər ki, planetdə karbon qazı üstünlük təşkil edən atmosfer və ya oksigenlə zəngin sıx atmosfer qatı ola bilər. Amma belə bir atmosferin həqiqətən mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə tədqiqatlarına ehtiyac olduğu vurğulanır.