AZ

Kaya Kallas ABŞ-ın Rusiya neftinə "yumşalmasını" təhlükəli presedent adlandırıb

Kaya Kallas ABŞ-ın Rusiya neftinə "yumşalmasını" təhlükəli presedent adlandırıb

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Rusiyaya qarşı planlaşdırılan 20-ci sanksiyalar paketi barədə danışmayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunun əvəzinə o, ABŞ-ın Rusiya neftinə tətbiq edilən məhdudiyyətləri yumşaltmaq qərarını sərt tənqid edərək bunu "təhlükəli presedent" adlandırıb.

Kallas vurğulayıb ki, Yaxın Şərqdəki gərginlik Ukraynadakı münaqişəni arxa plana keçirməməlidir. Məlumata görə, Aİ-nin 20-ci sanksiyalar paketi Rusiya neftinin dəniz daşımalarına tam qadağa qoyulmasını nəzərdə tutsa da, Macarıstan və Slovakiyanın vetosu səbəbindən müzakirələr dayandırılıb. Bu ölkələr Ukraynanın "Dostluq" kəməri ilə neft nəqlini bərpa etməsini tələb edərək sanksiyaları bloklayırlar.

Eyni zamanda, ABŞ-ın İrandakı hərbi əməliyyatlar fonunda artan enerji qiymətlərini sabitləşdirmək üçün Rusiya neftinə müvəqqəti icazə verməsi Avropada narazılıqla qarşılanıb. Kallasın fikrincə, bu cür addımlar sanksiyaların ümumi səmərəliliyini azaldır.

Seçilən
71
afn.az

1Mənbələr