AZ

Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb

Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, son günlərdə istifadəçilər xidmətin kəsilməsi ilə bağlı on minlərlə şikayət ediblər.

Ekspertlərin fikrincə, bəzi istifadəçilər üçün messencer Rusiyanın IP ünvanlarından işləmir, mesajlar gecikir və xidmət mobil internetdə çox vaxt ümumiyyətlə yüklənmir.

Ekspertlər bildirirlər ki, regionlar və operatorlar arasında kəsintilərdəki fərqlər məhdudiyyətlərin sınaqdan keçirildiyini göstərə bilər.

Qeyd edək ki, "Roskomnadzor" "Telegram"ın Rusiya ərazisində bloklanacağını açıqlayıb. Rəsmi Moskva bunu messencerin Rusiya qanunlarına tabe olmadığı ilə əsaslandırıb. Qeyri-rəsmi məlumatlara görə, bu ilin bir aprel tarixindən "Telegram" Rusiya ərazisində tam bloklanacaq. Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov "Telegram"ın hətta VPN-lə belə işləməyəcəyini açıqlayıb.
Seçilən
1
5
7news.az

6Mənbələr