Bakı, 16 mart, AZƏRTAC
Martın 18-də Zəngilan rayonunun Ağalı kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan sahibkarlarn müraicətlərini dinləyəcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-dan etibarən Zəngilan rayonu, Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzinin binasında keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət edə bilərlər (Tel.: 055 250 79 32, e-mail: [email protected], Vüsal İbrahimov, KOB dostu).