Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Gəncə Şəhər MKTİB-də işləyən işçilərə aylıq maaşlarından zibil puluna olan borclarının tutulacağı barədə xəbərdarlıq edilib".
Bu barədə Mia.az-a verilən məlumata görə, kommunal borcların həmin idarədə işləyən işçinin etiraz edə bilməyəcəyini bilib onun maaşından tutulma etmək qanunsuz əməldir: "Bu qanunsuz əməlin əsası Gəncə şəhər MKTİB-nin əvvəlki rəisi İlham Quliyevin dövründə rəis müavini işləyən indiki rəis Nurəhməd Əhmədov tərəfindən qoyulub. Bu gün isə Nurəhməd Əhmədov rəisdir və işçilərin əlacsız olduğunu, ixtisarlardan qorxduqları üçün susacaqlarına əmin olub kommunal borcu olan işçilərin aylıq maaşından qanunsuz tutulmalara qeyri-rəsmi əmr verib. Maaşlardan tutulmalara qanuni don geyindirmək mümkün olmadıqda işçilərdən könüllü ödəniş və ya başqa ad altında həmin borcları tutacaqlar.
Xahiş edirik, bu məsələni işıqlandırın. Hazırda hamını çağırıb bu qanunsuz tutulmaya hazırlıq görürlər".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.