AZ

Tofiq Hacıyevdən yeni synth-pop klip - “Kölə”

Yazını böyüt
Yazını kiçilt

Müğənni Tofiq Hacıyev yeni musiqi işi – “Kölə” mahnısının rəsmi klipini dinləyicilərə təqdim edib.

Hafta.az xəbər verir ki, müasir synth-pop üslubunda hazırlanan mahnının musiqisi Amir Paşayevə məxsusdur. Aranjmanı isə DİZZİ edib.

Elektron səslərlə qurulan atmosfer mahnıya emosional və bir qədər dramatik çalar qatır. “Kölə” münasibətlərdə yaranan psixoloji bağlılıqdan, insanın bəzən öz hisslərinin əsirinə çevrilməsindən bəhs edir.

Tofiq Hacıyevin ifasında səslənən kompozisiya həm melodik xətti, həm də müasir səslənməsi ilə seçilir.

Mahnının rəsmi klipi artıq yayımlanıb. Klip Kanadada fəaliyyət göstərən azərbaycanlı rejissor Eladisoy tərəfindən çəkilib. Vizual işdə mahnının emosional xətti atmosferik kadrlarla təqdim olunur və musiqinin yaratdığı hissləri vizual şəkildə tamamlayır. Layihənin foto müəllifi isə Rüstəm Farmandır.

Qeyd edək ki, klipin təqdimatından əvvəl “Kölə” bir müddət Xəzər fm dalğalarında eksklüziv olaraq səsləndirilmişdi. Hazırda isə mahnı və klip bütün radio və rəqəmsal platformalarda dinləyicilərin ixtiyarındadır.

Seçilən
2
hafta.az

1Mənbələr