
İsrail Müdafiə Qüvvələri İranın Tehran, Şiraz və Təbriz şəhərlərinə yeni hava hücumları başladığını açıqlayıb.
Missiya.Az xəbər verir ki, 28 fevraldan etibarən davam edən ABŞ-İsrail əməliyyatları nəticəsində İran bölgədəki ABŞ bazalarını hədəf alıb. Qarşılıqlı hücumlar davam etdikcə, İsrail yeni hücum dalğasını elan edib.
Rəsmi məlumatlara görə, hücumlar zamanı İranın dini lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub. İran rəsmiləri bildiriblər ki, hücumlar başlayandan bəri ölənlərin sayı 1 348-ə, yaralıların sayı isə 17 mini keçib.
Seyranə QuliyevaMissiya.Az