AZ

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib (FOTO)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının vəAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindəməsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı ƏlaqələndirməQərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavəndşəhərində Qərargahın növbəti iclası keçirilib.

Trend xəbərverir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuşərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətsiyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsasistiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu prosesyalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmintorpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadiinkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğmayurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanıəhatə edir.

Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmişərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuqişlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub.Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidənqurulması, yolların, körpülərin və tunellərin inşası regiondahəyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkımərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsiyaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərintikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər,uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzlərikimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildəhəyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarınaqayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyatşəraitinə sürətli adaptasiyasına imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyəverildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışınıntəmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlərnəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinintəhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdəümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyətgöstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilibki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük QayıdışProqramının miqyası genişlənəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrinicrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyatakeçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildəicra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildənail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davametdirilməsinə imkan yaradır.

S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşaməşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeniiş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal,tikinti və logistika sahələrində fəaliyyət imkanlarınıngenişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorlarıncəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyətdaşıyır.

Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasınınBöyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeydedərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərəötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, ƏlaqələndirməQərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə BöyükQayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədəməlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığınartırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpasıistiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.

İclasın yekununda Azərbaycan Respublikasının Prezidentitərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrasıüçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyivurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlaratılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icraolunmalıdır.

Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Əlaqələndirmə
Seçilən
18
27
az.trend.az

10Mənbələr