AZ

Böyük Britaniya Livana 5 milyon humanitar yardım edəcək

Böyük Britaniya Livanda fəaliyyət göstərən humanitar təşkilatlara 5 milyon funt sterlinq (6,6 milyon dollar) ianə edəcək.

Herbiand.az “Associated Press”ə istinadən xəbər verir ki, vəsait İsrailin Hizbullah yaraqlılarına hücumları nəticəsində didərgin düşmüş 800 mindən çox insana ərzaq, su və sığınacaq təmin etmək üçün nəzərdə tutulub.

Xarici işlər naziri İvet Kuper vurğulayıb ki, o, Livandakı münaqişənin inkişafı və onun humanitar nəticələrinin miqyasından dərin narahatdır.

O, Hizbullahın İsrailə hücumlarını pisləyib, eyni zamanda İsrailin hərəkətləri nəticəsində yüz minlərlə livanlının didərgin düşməsinin "tamamilə qəbuledilməz" olduğunu bildirib.

İvet Kuper əlavə edib ki, Böyük Britaniya münaqişənin eskalasiyasının qarşısını almaq üçün Avropa müttəfiqləri və ABŞ ilə əməkdaşlıq edir.

Seçilən
22
herbiand.az

1Mənbələr