AZ

Holandın bu zərbəsindən sonra hamı Mavropanosun nokauta düşəcəyini gözləsə də... - FOTO

İngiltərə Premyer Liqasının (İPL) 30-cu turunda keçirilən "Vest Hem" - "Mançester Siti" oyununda xoçagəlməz epizod qeydə alınıb.

Fanat.Az xəbər verir ki, Mançester təmsilçisinin forvardı Erlinq Holandın qüvvətli zərbəsindən sonra top "çəkicdöyənlər"in müdafiəçisi Konstantinos Mavropanosun üzünə tuş gəlib.

Hər kəs belə zərbədən sonra yunan futbolçunun ciddi xəsarət alacağını gözləsə də, meydanda qalan arxa xətt oyunçusu komandasının bərabərlik qoluna imza atıb.

Xatırladaq ki, hazırda 29 xalı olan "Vest Hem" İPL-in turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Toğrul
 

Seçilən
31
1
fanat.az

2Mənbələr