AZ

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar (FOTO)

Bakı.Trend:

14-15 mart tarixlərində Niderlandın Alkmaar şəhərində keçirilənbatut gimnastikası üzrə “Dutch Trampoline Open” beynəlxalqturnirində gimnastlarımız uğurlu nəticələr əldə ediblər.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından (AGF)məlumat verilib.

Bildirilib ki, yarışda fərdi proqramda gimnastlarımız medalsıralamasında yer alaraq ölkəmizi layiqincə təmsil ediblər. Beləki, Selcan Mahsudova 56.580 xalla qızıl medal qazanaraq turnirinqalibi olub. Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-cipilləsinə qalxıb. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medalalayiq görülüb.

Sinxron proqramda da Azərbaycan gimnastları uğurlu çıxışlarınıdavam etdiriblər. Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü 51.530xalla gümüş medal qazanıb. Digər kişi cütlüyü – Ömər Qasımlı vəMuhamməd Həsənli isə 43.680 xalla qızıl medal əldə edib.

Qeyd edək ki, Selcan Mahsudova yarış zamanı ən çətin proqramıtəqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.

Gimnastlarımızı bu uğurlu nəticələr münasibətilə təbrik edir,gələcək yarışlarda uğurlar arzulayırıq!

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
49
10
az.trend.az

10Mənbələr