AZ

İsrailin Livandakı hücumları daha üç nəfərin ölümünə səbəbOLDU

İsrail hərbi təyyarələri Livanın cənubundakı Kfar Sir kəndində bir evə hücum edərək bir nəfərin ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə National News Agency (NNA) məlumat yayıb.

Hücumdan sonra təcili yardım maşını da vurulub, nəticədə iki tibb işçisi ölüb, bir nəfər yaralanıb.

Eyni zamanda, Hizbullah Kfar Yuval kəndi yaxınlığında İsrail ordusunun toplanma məntəqəsinə raket hücumu həyata keçirdiyini elan edib.

Martın 16-da İsrail Silahlı Qüvvələri Livanın cənubundakı Hizbullahın əsas dayaq məntəqələrinə qarşı quru əməliyyatına başladığını açıqlayıb.

İsrailin Livandakı hücumları nəticəsində ölənlərin sayı 850 nəfərə çatıb, 2105 nəfər yaralanıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr