AZ

Moskvada rekord dərəcədə isti hava gözlənilir

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Martın 16-da Moskvada rekord dərəcədə isti hava proqnozlaşdırılır.

BAKU.WS RIA Novosti-yə istinadən xəbər verir ki, "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, paytaxtda havanın temperaturu +11 dərəcəyədək yüksələcək.

Onun sözlərinə görə, gün ərzində hava əsasən açıq olacaq, yağıntı gözlənilmir. Temperatur +9 – +11 dərəcə arasında dəyişəcək və 2015-ci ildə bu tarixdə qeydə alınmış +10,3 dərəcəlik rekord yenilənə bilər.

Sinoptik əlavə edib ki, belə hava şəraiti martın 19-dək davam edəcək. Həmin günlərdə temperaturun +9 – +12 dərəcə arasında olacağı, həftənin sonuna doğru isə havanın dəyişə biləcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
120
1
baku.ws

2Mənbələr