Böyük Britaniyanın sursat ehtiyatları potensial hərbi münaqişədə yalnız bir neçə günə kifayət edər.
Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi xəbər verir.
“1990-cı ildən bəri müdafiə xərclərinin tədricən azaldılması o deməkdir ki, Britaniya tammiqyaslı müharibədə böyük əhəmiyyət kəsb etməyəcək... Soyuq müharibənin sonunda Britaniya ordusu beş diviziya yerləşdirə bilərdi. Bu gün o, 70.000 əsgərdən ibarət qüvvə ilə birini toplaya bilər. Sursat isə bir neçə günlük döyüş üçün ancaq kifayət edə bilər”, - agentliyin məqaləsində deyilir.
Məqalədə vurğulanır ki, Berlin divarının yıxılması zamanı Kral Donanması 50 freqat və esmines yerləşdirə bilərdi. Lakin, 2026-cı ildə yalnız təxminən 10-a yaxın döyüş gəmisi yerləşdirilə bilər. Kral Hərbi Hava Qüvvələrinin eskadrilyalarının sayı isə 36-dan 6-ya endirilib.
Bəxtiyar CƏFƏRLİ