AZ

“Turan Tovuz”da CİDDİ İTKİ

Misli Premyer Liqasının 24-cü turunda “Kəpəz”lə qarşılaşan “Turan Tovuz”da ciddi itki yaşanıb.

Bizim.Media xəbər verir ki, Tovuz klubunun müdafiəçisi Enrike Silva sıradan çıxıb.

Belə ki, 31 yaşlı futbolçu birinci hissənin son dəqiqələrində yarımmüdafiənin mərkəzində birəbir mübarizə zamanı zədələnib və oyuna davam edə bilməyib.

Braziliyalının zədəsinin ciddi olub-olmaması matçdan sonra dəqiqləşəcək.

Bizim.Media

Seçilən
75
3
bizim.media

4Mənbələr