AZ

“Kupça”sız evlərə də qaz çəkiləcək?

Paytaxt və ətraf qəsəbələrdə sənədsiz evlərə kommunal xidmətlərin göstərilməsi hələ də ciddi problemlər var. 

Belə evlərə qaz təminatı demək olar ki, mümkünsüz hesab olunur. Buna görə də soyuq günlərdə bu evlərdə yaşayan insanlar mənzillərini qızdırmaqda çətinlik çəkirlər. 

Məlum olduğu kimi, 2023-cü il oktyabrın 1-dən etibarən paytaxt və ətraf ərazilərdə tikilən sənədsiz fərdi yaşayış evlərinin qaz təchizatı şəbəkəsinə qoşulması dayandırılıb. 

Buna səbəb “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikdir. 

“Cebheinfo.az” xəbər verir ki, qanuna əsasən, tikintisinə icazə tələb olunan, lakin bu icazə alınmadan inşa edilən və ya tikilməkdə olan obyektlərin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 

Yəni vətəndaş fərdi qazlaşma ilə bağlı müraciət etdikdə ilk növbədə həmin evin tikintiyə icazə sənədinin olub-olmaması yoxlanılır. 

Əgər fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddursa, bu sənəd də qəbul edilir. Bununla belə, son vaxtlar sosial şəbəkələrdə və müxtəlif platformalarda bələdiyyə sənədi əsasında sənədsiz evlərə qaz çəkilməsi ilə bağlı elanlar da yayılır. 

Bu cür elanlar bir çox vətəndaşda ümid yaratsa da, onların nə dərəcədə real və qanuni olduğu suallar doğurur. Xüsusilə sənədsiz evlərdə yaşayan insanlar qaz probleminin həll olunacağı ümidi ilə bu məlumatlara maraq göstərirlər. Sənədsiz evlərin kommunal xidmətlərlə təminatı məsələsi hələ də aktual problemlərdən biri olaraq qalır. 

Bu sahədə yaranan çətinliklər minlərlə vətəndaşın gündəlik həyatına təsir edir və xüsusilə qış aylarında daha ciddi hiss olunur. 

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr