AZ

Pilotsuz uçuş aparatı İraqdakı ABŞ səfirliyinə hücum etməyə cəhd edib

Bağdaddakı ABŞ səfirliyi istiqamətində uçan pilotsuz uçuş aparatı İraq paytaxtının mərkəzi hissəsində vurulub. Oxuməni.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını şəhərin mərkəzindəki ABŞ diplomatik nümayəndəliyinin yaxınlığında ələ keçirərək məhv edib. Hazırda səfirliyin yerləşdiyi ərazidə hava həyəcanı sirenləri işləyir.

Bir gün əvvəl "Əl-Hədəs" telekanalı Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ-ın İraqdakı səfirliyinin logistika mərkəzinin raket atəşinə tutulduğunu bildirmişdi.

Həmçinin martın 14-də pilotsuz uçuş aparatı Bağdaddakı ABŞ səfirliyinə hücum etmişdi.

Almaz Həsənli

Seçilən
17
1
oxumeni.az

2Mənbələr