AZ

"O, ağılsız qoca kişidir" - Kim Çen In

ABŞ-İsrail və İran arasında davam edən müharibənin 17-ci günündə beynəlxalq gərginlik artmaqda davam edir. Qarşılıqlı açıqlamalar isə vəziyyəti daha da kəskinləşdirir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In ABŞ prezidenti Donald Tramp barədə kəskin açıqlama verib. Şimali Koreya lideri Trampı "ağlı yerində olmayan amerikalı qoca" adlandırıb. 

Kim Çen In bu sözləri Vaşinqtonla Pxenyanq arasında münasibətlərin yenidən gərginləşdiyi bir dövrdə səsləndirilib. Nüvə proqramı səbəbilə uzun müddətdir ABŞ ilə qarşıdurmada olan Şimali Koreya son həftələrdə keçirdiyi raket sınaqları və hərbi təlimlərlə beynəlxalq gündəmdədir.

Qeyd edək ki,  Donald Tramp və Kim Çen In keçmişdə bir neçə dəfə birbaşa görüş keçirsələr də, iki ölkə arasında davamlı razılaşma əldə olunmayıb. 

Gülayə Mecid 

Seçilən
6
50
unikal.az

10Mənbələr