AZ

Üç səhmdar cəmiyyətinin səhmləri ixtisaslaşdırılmış pul hərracında satılacaq

Bakı, 16 mart, AZƏRTAC

Aprelin 20-24-də ölkə ərazisindəki üç səhmdar cəmiyyətinin səhmləri ixtisaslaşdırılmış pul hərracında satışa çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb.

Məlumata görə, hərracda “Lerik Kəndkimya”, “Yevlax Kəndnəqliyyat” və “Əli Bayramlı Konserv” səhmdar cəmiyyətlərinə məxsus səhmlərin bir hissəsi təklif olunacaq.

Hərracda iştirak etmək istəyən vətəndaşlardan aşağıdakılar tələb olunur:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması (investisiya şirkəti tərəfindən verilmiş arayış).

Fiziki şəxs üçün tələb edilən sənədlər: şəxsiyyət vəsiqəsi, vəkil edilmiş şəxsin notarial qaydada təsdiq edilmiş etibarnaməsi və şəxsiyyət vəsiqəsi.

Hüquqi şəxs üçün tələb edilən sənədlər: müəssisənin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi, VÖEN şəhadətnaməsi, təsisçilərin qərarı, təsisçinin şəxsiyyət vəsiqəsinin surəti, vəkil edilmiş şəxsin etibarnaməsi, vəkil edilmiş şəxsin şəxsiyyət vəsiqəsi, möhür.

Sənədlər notariusda tesdiqlənməlidir. Sifarişlərin qəbulu 20-24 aprel tarixlərində saat 9:00-dan 18:00-dək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında aparılacaq.

Seçilən
39
azertag.az

1Mənbələr