Bakı, 16 mart, AZƏRTAC
Xəzər dənizində zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 05:57-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.