
Çin hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında patrul xidməti aparmaq təklifinə cavab olaraq, ABŞ və İran arasındakı münaqişənin eskalasiyasına səbəb ola biləcək hərəkətlərdən qaçmağı zəruri hesab edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Tszyan bəyanatla çıxış edib.
"Çin bir daha bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin daha da artmasından qaçmağa, regionun qeyri-sabitləşməsinin qarşısını almağa və dünya iqtisadiyyatının inkişafı üçün daha ciddi nəticələrə yol verməməyə çağırır", — deyə o, brifinqdə bildirib.
Çinli diplomat qeyd edib ki, Hörmüz boğazındakı vəziyyət hələ də gərgin olaraq qalır və bu, beynəlxalq ticarət marşrutları üzrə yüklərin və enerji daşıyıcılarının daşınmasına mənfi təsir göstərir, "bütün dünyada olduğu kimi, regionda da sülh və sabitliyi sarsıdır".
Məryəm Quliyeva