AZ

Apreldə pula pul deməyəcək bürclər

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Aprel ayı astroloji baxımdan maliyyə mövzularının ön plana çıxdığı dövrlərdən sayılır. Səma hərəkətləri xüsusilə üç bürc üçün gəlir və yeni imkanlar vəd edir. Qoç, Qız və Balıq bürcləri üçün maddi sahədə canlanma gözlənilir. Buğa bürcü isə qarşıdakı həftələrdə daha ehtiyatlı davranmalı olacaq.Demokrat.az-ın məlumatına görə Qoç bürcü ayın sonuna doğru iş həyatında gördüyü əməyin qarşılığını almağa başlayır. Aprelin 20-dən sonra maliyyə sahəsində aktivlik artacaq və uğurlu investisiya imkanları yarana bilər. Bu dövrdə göstərilən zəhmət yeni qazanc yollarının açılmasına səbəb ola bilər.Qız bürcü üçün aprel ayı daha planlı və sistemli yanaşma tələb edir. Ayın 9-u və 15-də baş verəcək planet keçidləri büdcəni yenidən gözdən keçirmək və maliyyəni daha düzgün planlaşdırmaq üçün şərait yarada bilər. Xüsusilə ayın 17-dəki yeni ay dövründə gözlənilməz gəlir mənbələrinin ortaya çıxması və ya ailə üzvlərinin qazancında artım ehtimalı var.Balıq bürcü ayın əvvəlində maliyyə baxımından müəyyən “təmizlik” mərhələsindən keçir. Mövcud borcları azaltmaq və artıq xərcləri ixtisar etmək vacib sayılır. Ayın ikinci yarısından etibarən yaranan imkanlar yaradıcılıq və bacarıqları gəlirə çevirməyə kömək edə bilər. Yeni işə başlamaq və ya əlavə qazanc mənbəyi tapmaq üçün bu mərhələ əlverişli görünür.Buğa bürcü isə bu ay maliyyə məsələlərində daha diqqətli olmalıdır. Ayın 24-ü və 26-sı ətrafında baş verən planet hərəkətləri müəyyən qeyri-müəyyənlik yarada bilər. Gözlənilməz gəlirlərlə yanaşı xərclərin də artması mümkündür. Bu səbəbdən büdcəni daha möhkəm planlaşdırmaq və riskli qərarlardan uzaq durmaq tövsiyə olunur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr