
Hava həyəcanı fonunda Kiyevdə silsilə partlayışlar baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın "Teleqraf" nəşri məlumat yayıb.
"Kiyevdə partlayış səsləri eşidilir", — deyə nəşr qeyd edib.
Hadisə ilə bağlı digər təfərrüatlar verilmir. Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin onlayn xəritəsinin məlumatına görə,hazırda şəhərdə hava hücumu sirenası səslənir.