AZ

İran Körfəz ölkələrinə fərq qoymadan 300-dən çox hücum edib - ABŞ Mərkəzi Komandanlığı

Bakı. Trend:

İran son iki həftə ərzində Körfəz ölkələrinə fərq qoymadan300-dən çox hücum edib.

Trend xəbər verirki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Kommandanlığının (USCENTCOM) rəsmi "X" hesabında məlumat dərc olunub.

“İran rejimi bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində mülkişəxslərin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə edərək onlarıdəniz limanlarından uzaq durmağa çağırıb. Bu yalandır. Son ikihəftə ərzində İran rejimi günahsız insanların təhlükəsizliyininəzərə almadan Körfəz ölkələrinə fərq qoymadan 300 dəfədən çoxhücum edib. Bu isə həqiqətdir”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
41
az.trend.az

1Mənbələr