AZ

Ölkəmizdə həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərilib- ÖZƏL

"Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Koxlear İmplant Gününə həsr olunmuş və ölkəmizdə ilk dəfə keçirilən "Milli Koxlear İmplant Forumu 2026" mühüm sosial əhəmiyyət daşıyan təşəbbüslərdəndir. Bu kimi platformalar cəmiyyətdə inklüziv dəyərlərin möhkəmlənməsinə, xüsusi qayğıya ehtiyacı olan insanların  hüquqlarının qorunmasına mühüm töhfə verir". "Olaylar" xəbər verir ki, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib: "Ölkəmizdə həssas qrupdan olan insanlara göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial və humanitar layihələr minlərlə uşağın sağlamlığına qovuşmasına, onların təhsil və cəmiyyətə inteqrasiyasına mühüm dəstək göstərməsinə xidmət edir. Koxlear implant əməliyyatlarının təşviqi, eşitmə məhdudiyyəti olan uşaqlara göstərilən diqqət və qayğı bu humanist fəaliyyətin parlaq nümunələrindəndir.
Bu gün ölkəmizdə koxlear implant daşıyıcılarının həyat keyfiyyətinin yaxşılaşdırılması, onların təhsil və sosial mühitə uyğunlaşması istiqamətində həyata keçirilən layihələr dövlətin və cəmiyyətin bu sahəyə həssas yanaşmasının göstəricisidir.
"Milli Koxlear İmplant Forumu 2026" məhz bu istiqamətdə görülən işlər fonunda önəmli platforma kimi əhəmiyyət kəsb edir. Forumun təşkilatçılarına və bu sahədə fəaliyyət göstərən mütəxəssislərə fəaliyyətlərində uğurlar diləyirəm. Hesab edirəm ki, koxlear implant daşıyıcılarının sosial inteqrasiyasına xidmət edən təşəbbüslər bu sahənin inkişafına mühüm töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr