AZ

ABŞ müttəfiqlərindən hərbi dəstək istədi, Yaponiya və Avstraliya imtina etdi

Baku.ws saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün müttəfiq ölkələrdən hərbi gəmilər göndərilməsini istəyib. Lakin Yaponiya və Avstraliya bu çağırışa mənfi cavab verib.

BAKU.WS xəbər verir ki, Yaponiya Baş naziri Sanae Takaichi ölkəsinin Yaxın Şərqə hərbi gəmi göndərməyi planlaşdırmadığını bildirib. O qeyd edib ki, Yaponiya konstitusiyasına görə bu cür addımlar ehtiyatla qiymətləndirilməlidir.

Avstraliya hökumətinin üzvü Ketrin Kinq də ölkəsinin bu əməliyyata qoşulmayacağını açıqlayıb.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hücumlardan sonra Hörmüz boğazında gərginlik artıb və bu vəziyyət qlobal enerji bazarlarına təsir göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
baku.ws

2Mənbələr