AZ

Tramp İranın neft anbarı olan Xarq adasını ələ keçirmək istəyir - “Axios”

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında İranaın əsas  neft anbarı sayılan Xarq adasını ələ keçirməyi düşünür.

Ölkə.az  xəbər verir ki, bu barədə “Axios”  mənbələrinə istinadən yazıb. 
Nəşrin yazdığına görə, Prezident Tramp Xarq adası ilə bağlı heç bir qərar qəbul etməyib. Lakin o əlavə edib ki, Hörmüz boğazının açılması səyləri uzanarsa, bu, dəyişə bilər.

"Prezident gözləməyəcək və iranlıların münaqişənin gedişatını diktə etməsinə icazə verməyəcək", - mənbə nəşrə açıqlamasında deyib.

Nəşr bildirib ki, Tramp Xarq adasını birbaşa ələ keçirmək ideyasına cəlb olunur, çünki bu, Tehranın maliyyələşdirilməsindən məhrum edilməsi ilə rejimə iqtisadi zərbə olardı.

Mürtəza

Seçilən
21
1
olke.az

2Mənbələr