
İsrail ordusu Livana qarşı hücumlarını genişləndirərək ölkənin cənubunda quru əməliyyatına başladığını bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bilidirilib ki, qüvvələr 2 martdan etibarən Livana hücumlarını davam etdirir.
Səhiyyə Nazirliyinin məlumatına görə, həmin tarixdən bəri hücumlar nəticəsində 850 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Hücumlar səbəbindən ölkədə 830 mindən artıq şəxs məcburi köçkün vəziyyətinə düşüb.
Seyranə Quliyeva Missiya.Az