ABŞ prezidenti Donald Tramp NBC-yə telefon müsahibəsində cari hadisələrlə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, mövcud şərtlər daxilində İranla razılaşma əldə etmək istəmədiyini bildirən Tramp deyib: “İran razılaşma istəyir, lakin mən hələlik buna getmək istəmirəm, çünki şərtlər kifayət qədər yaxşı deyil”.
Tramp mümkün razılaşma üçün şərtlərin “çox sərt və möhkəm” olmalı olduğunu vurğulayıb.
İranın müdafiə imkanlarını böyük ölçüdə sıradan çıxardıqlarını iddia edən Tramp bildirib: “Biz onların raketlərinin əksəriyyətini zərərsizləşdirdik. Pilotsuz uçuş aparatlarının böyük hissəsini məhv etdik. Onların raket və pilotsuz aparat istehsalını isə böyük ölçüdə dayandırdıq. Bunlar iki gün ərzində tamamilə məhv ediləcək”.
Tramp əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri “çox səbirli davranıblar” və “lazımsız şəkildə hədəfə alınıblar”.
O, həmçinin İranın Yaxın Şərq ölkələrini hədəfə almasını “bütün bu prosesdə ən böyük sürpriz” adlandırıb.
Aytən Yaşar/ Turkustan.az