AZ

Tibb elmində daha bir yenilik edilib

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Çin iflic xəstələrinin əl hərəkətlərinin bərpasına kömək edən neyroimplantın klinik istifadəsinə dünyada ilk dəfə kommersiya icazəsi verib. Şanxayda hazırlanmış sistem beyindən gələn siqnalları oxumaqla, robot əlcək vasitəsilə əşyaları tutmağa, sərbəst saxlamağa tam imkan yaradır.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, ilk dəfə keçirilən klinik sınaqlarda çox müsbət nəticələr əldə olunub, həmçinin xəstələrin əl funksiyalarında kifayət qədər yaxşılaşma qeydə alınıb.

Şanxayda yerləşən "Borui Kang Medical Technology" şirkəti tərəfindən hazırlanmış bu tibbi texnologiya sistemi boyun onurğa zədəsi nəticəsində dörd ətrafı iflic olan ən ağır xəstələr üçün nəzərdə tutulub. Qurğu beyindən gələn siqnalları dəqiqliklə oxuyur və onları robotlaşdırılmış əlcəyin hərəkət komandalarına çevirir, daha sonra isə yeni cəhd prosesi başlamaqla, xəstəyə əşyaları tutmağa kömək edir.

Texnologiya 18-60 yaş arası, zədəsi ən azı bir il əvvəl baş vermiş və vəziyyəti qismən stabil olan xəstələr üçün nəzərdə tutulub.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
reyting.az

1Mənbələr