İranın xarici işlər naziri Abbas Əraqçı CBS News-a müsahibəsində bildirib ki, İslam Respublikasının zənginləşdirilmiş uran ehtiyatları hazırda 🇺🇸 ABŞ-nin zərbə endirdiyi nüvə obyektinin dağıntıları altında basdırılıb.
O, əlavə edib ki, onlar AEBA-nın nəzarəti altında çıxarıla bilər.
“Bildiyiniz kimi, nüvə obyektlərimizə hücum edilib və hamısı dağıntılar altındadır. Əlbəttə ki, onları geri qaytarmağın bir yolu var, amma yalnız agentliyin nəzarəti altında. Əgər nə vaxtsa bunu etmək qərarına gəlsək, bu, agentliyin nəzarəti altında ediləcək. Amma hələlik bizim proqramımız yoxdur. Onları dağıntılar altından çıxarmaq planımız yoxdur”, – deyə Əraqçı qeyd edib.
O, eləcə də bildirib ki, İran ABŞ ilə danışıqlara başlamaq üçün heç bir səbəb görmür;”Tehran bunu tələb etməyib. Xeyr, biz heç vaxt atəşkəs istəməmişik, hətta danışıqlar da istəməmişik. Biz müdafiəyə hazırıq”.