AZ

Rusiya ordusu Ukraynada daha 760 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 760 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 279 min 930 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 19 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
132
20
missiya.az

10Mənbələr