AZ

Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri bildiriblər ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti iclasında 300 baza bəndi (3.00 faiz bəndi) faiz artımı edə bilər.

Marja.az xəbər verir ki, Bankın qiymətləndirməsinə görə, İran ətrafında davam edən müharibə və enerji qiymətlərinin yüksək qalması Türkiyədə monetar siyasətə əlavə təzyiq yarada bilər. Analitiklər hesab edir ki, bu ssenaridə TCMB əsas faiz dərəcəsini (uçot dərəcəsini) 40% və ya daha yuxarı səviyyəyə qaldıra bilər.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Analitiklərin qiymətləndirməsi

Bankın hesabatında qeyd olunur ki:

Yaxın Şərqdə müharibənin uzanması və enerji qiymətlərinin yüksək qalması kimi amillər inflyasiyanın daha sürətli artmasına və ya valyuta ehtiyatlarının azalmasına səbəb ola bilər.

Bu səbəbdən analitiklər 22 aprel tarixində keçiriləcək növbəti Pul-Kredit Siyasəti Komitəsi (PPK) iclasında 300 baza bəndlik faiz artımı ehtimalına diqqət çəkiblər.

TCMB-nin son qərarı

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Yaxın Şərqdəki gərginliyin fonunda ötən həftə keçirilən son iclasında əsas faiz dərəcəsini dəyişməyərək 37% səviyyəsində sabit saxlayıb.

Qurumun növbəti qərarı bazarlarda xüsusilə inflyasiya və enerji qiymətlərinin dinamikası baxımından diqqətlə izlənilir.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
marja.az

2Mənbələr