AZ

Arda "Real"da heç bir futbolçunun bacarmadığını etdi

"Real Madrid"in futbolçusu Arda Gülerin “Elçə” ilə oyunda vurduğu qol əlamətdar olub. Metbuat.az xəbər verir ki, Arda “Real”ın dogma meydanda 4-1 hesablı qələbəsi ilə yekunlaşan oyunun 89-cu dəqiqəsində 68 metrdən məsafədən fərqlənmişdi. Bu qol, “Real”ın tarixinə 1995-ci ildən bəri meydanın özünə aid hissəsindən vurulan ilk qol kimi düşüb. 1995-ci ildə "Real Madrid" oyunçusu Mikel Lasa "Sevilya"ya qarşı oyunda belə qola imza atmışdı. La Liqa tarixində ən uzaq məsafədən vurulan qola 2004-cü ildə "Numansiya"nın futbolçusu Antonio Xose imza atmışdı. O, "Sevilya"ya qarşı 68 metr məsafədən fərlənmişdi.

Seçilən
1
metbuat.az

1Mənbələr