AZ

İran Doha və Dubay sakinlərinə çağırış etdi – “…evlərinizi tərk edin”



İran Silahlı Qüvvələri Doha və Dubay sakinlərindən orada "gizlənən" ABŞ əsgər və zabitlərinə hücum ehtimalı səbəbindən müəyyən əraziləri tərk etmələrini istəyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bununla bağlı yayılan bəyanatda deyilir: "İran Silahlı Qüvvələri Dubay və Dohanın müəyyən ərazilərinin sakinlərinə xəbərdarlıq edərək bildirib ki, ABŞ zabit və əsgərləri orada sığınacaq tapdıqları üçün bu ərazilərə yaxın saatlarda hücumların edilməsi mümkündür".

Fars xəbər agentliyi, həmçinin, Dohada və ya onun yaxınlığında yerləşən üç ərazini - Lusail, Əl-Vab və Ayn Xalidi sadalayıb. Lakin Dubayın heç bir konkret ərazisinin adı çəkilməyib.

Qeyd edək ki, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq Yaxın Şərqdə və İsrail ərazisində ABŞ hərbi hədəflərinə zərbələr endirir. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin sözlərinə görə, hadisələrin başlanmasından bəri ölən mülki şəxslərin ümumi sayı hazırda 1300-ü keçib, 17 mindən çox insan yaralanıb.

SAMİRƏ

Seçilən
19
baki-xeber.com

1Mənbələr