Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.BUTA.TV xəbər verir ki, 2001-ci il təvəllüdlü Əbil Cavid oğlu Səmədli idarə etdiyi "Az Samand" markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada, 1976-cı il təvəllüdlü Hikmət Orucəli oğlu Məlikovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.