AZ

İranlı qadın futbolçular Avstraliyada sığınacaqdan imtina etdi İrana qayıdırlar...

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran qadın futbol millisinin Avstraliyada qalaraq sığınacaq alan üç üzvü qərarlarını dəyişərək vətənə qayıtmağa razılaşıb.

“AzPolitika” bildirir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Tony Burke açıqlama verib.

Nazirin sözlərinə görə, futbolçular gecə saatlarında komandanın qalan üzvlərinə qoşularaq İrana qayıtmaq qərarı qəbul ediblər. O bildirib ki, idmançılar bu qərarı Avstraliya hakimiyyətinə bildirdikdən sonra onlara mümkün alternativ variantları müzakirə etmək dəfələrlə təklif olunub.

İranın dövlət xəbər agentliyi “Tasnim” isə futbolçuların adlarını açıqlayıb. Məlumata görə, söhbət Mona Hamoudi, Zahra Sarbali və Zahra Moshkekardən gedir. Agentlik bildirib ki, idmançılar Avstraliyanın “cəlbedici və siyasiləşdirilmiş təklifini” rədd edərək ailələrinin və vətənlərinin “isti qucağına” qayıtmağı seçiblər.

Məlumata görə, futbolçular əvvəlcə Kuala Lumpura yollanıblar və orada Avstraliyadan geri qayıdan komandanın digər üzvlərinə qoşulacaqlar.

Qeyd edək ki, Avstraliyada qadınlar arasında Asiya Kuboku keçirilirdi. Turnir zamanı İran millisinin futbolçuları ölkənin dövlət himni səslənərkən onu oxumayıb və səssiz dayanıb. Bu davranış İranda hakimiyyətə etiraz kimi qiymətləndirilib və bəzi dairələr tərəfindən idmançılar “xəyanətkar” adlandırılıb.

Bundan sonra Avstraliya hökuməti futbolçulara sığınacaq verməyə hazır olduğunu açıqlayıb və komandanın yeddi üzvü bu təklifdən istifadə edib. Lakin sonradan onlardan biri qərarını dəyişərək İran səfirliyi ilə əlaqə saxlayıb və komanda yoldaşlarının təhlükəsiz yerləşdiyi məkanı açıqlayıb. Bundan sonra Avstraliya hakimiyyəti futbolçuları təcili şəkildə başqa təhlükəsiz yerə köçürüb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr