AZ

KONMEBOL UEFA-nı yalançı çıxardı: Finallisima niyə ləğv olunub?

KONMEBOL da UEFA-dan sonra Argentina və İspaniya milliləri arasında keçirilməsi planlaşdırılan Finalissimanın ləğv edildiyini açıqlayıb.

Publika.az xəbər veirri ki, qurum bəyanatında matçın keçirilməsi ilə bağlı danışıqların gedişini bir qədər fərqli şəkildə təsvir edib. Məlum olduğu kimi, regionda davam edən hərbi əməliyyatlara görə oyunu martın 27-də Qətərdə keçirmək mümkün olmayıb.

KONMEBOL-un açıqlamasında vurğulanır ki, UEFA-nın təklif etdiyi kimi matçın Madriddə keçirilməsi idman ədalətinə zidd olardı, çünki bu, neytral meydan sayılmır:

“Martın 14-də Argentina Futbol Assosiasiyasına oyunun martın 27-də İtaliyada neytral meydanda keçirilməsi ilə bağlı təklif daxil olub. Argentina tərəfi tarixi istisna olmaqla bu ideyanı qəbul edib və matçın martın 31-də keçirilməsini təklif edib. Təəssüf ki, UEFA martın 31-də oyunun keçirilməsinin mümkün olmadığını bildirib və nəticədə Finalissima ləğv olunub”.

Seçilən
13
publika.az

1Mənbələr