AZ

Yaponiya Trampı RƏDD ETDİ

Ajans.az Bloomberg-ə istinadən xəbər verir ki, Tokio Vaşinqtonun bölgədə təhlükəsizlik əməliyyatlarına dəstək vermək çağırışını qəbul etməyib. Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi Pentaqon rəhbəri Pete Hegseth ilə gecə saatlarında baş tutan telefon danışığından sonra bildirib ki, hazırda əsas məqsəd vəziyyəti diplomatik yollarla həll etməkdir. “Ən vacibi, diplomatik yol da daxil olmaqla, vəziyyəti həll etmək üçün bütün səyləri göstərməkdir”, – deyə Koizumi vurğulayıb. Yaponiyanın baş naziri Sanae Takaichi isə ölkənin hələlik rəsmi müraciət almadığını qeyd edib və Tokionun bütün qərarlarını milli qanunvericilik çərçivəsində qəbul edəcəyini bildirib. Baş nazir əlavə edib ki, əgər Vaşinqtonda keçirilən görüşdə ABŞ prezidenti ondan birbaşa dəstək istəsəydi, Tokionun hansı addımı atacağı məsələsi hazırda hökumət tərəfindən müzakirə olunur. Koizuminin sözlərinə görə, ümumiyyətlə, Yaponiyanın Özünümüdafiə Qüvvələrinə məxsus gəmilər yalnız xüsusi hallarda – məsələn, Yapon gəmilərinin qorunması tələb olunduqda, vətəndaşların həyatı və ya əmlakı təhlükə altında olduqda, yaxud regional sabitliyin təmin edilməsi zəruri sayıldıqda istifadə oluna bilər. Lakin nazir İran ətrafındakı mövcud vəziyyətin belə bir hal hesab olunub-olunmayacağı barədə konkret mövqe bildirməkdən imtina edib.

 

Seçilən
51
Ajans.az

1Mənbələr