AZ

Tramp Xarq adasını tutmaq ideyasına maraq göstərir

ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasındakı əsas neft anbarını ələ keçirməyi düşünür.

"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, İranın xarici işlər naziri Tehranın adaya ABŞ-nin zərbələrinə cavab olaraq qisas alınacağı barədə xəbərdarlıq edib.

"Prezident Xarq adası ilə bağlı heç bir qərar qəbul etməyib. Lakin Hörmüz boğazının açılması səyləri uzanarsa, bu mövqe dəyişə bilər. Prezident gözləməyəcək və iranlıların münaqişənin gedişatını diktə etməsinə icazə verməyəcək", - mənbə bildirib.

Başqa bir mənbənin sözlərinə görə, Tramp Xarq adasını birbaşa ələ keçirmək ideyasına maraq göstərir, çünki bu, Tehranı maliyyələşdirmədən məhrum etməklə rejimə iqtisadi zərbə olacaq.

"Axios" qeyd edir ki, bu addım yerində aktiv hərəkət tələb edəcək və İranın Fars körfəzi ölkələrində, xüsusən də Səudiyyə Ərəbistanında neft obyektlərinə və boru kəmərlərinə qarşı qisas zərbələrinə səbəb ola bilər.


Telegram kanalımız
Seçilən
57
yenisabah.az

1Mənbələr