AZ

Tramp İranda bu adanı ələ keçirməyi düşünür - KİV

ABŞ prezidenti Donald Tramp İranın Xarq adasındakı əsas neft anbarını ələ keçirməyi düşünür.

"Unikal" xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən yazıb. 

Mənbələrdən biri portala bildirib ki, "Prezident Xarq adası ilə bağlı heç bir qərar qəbul etməyib". Lakin o əlavə edib ki, Hörmüz boğazının açılması səyləri uzanarsa, "bu, dəyişə bilər".

Daha bir mənbə KİV-ə açıqlamasında qeyd edib ki, Tramp Xarq adasını birbaşa ələ keçirmək ideyasına cəlb olunur, çünki bu, Tehranın maliyyələşdirilməsindən məhrum edilməsi ilə "rejimə iqtisadi zərbə" olar. 

Nəşr yazır ki, bu addım yerində aktiv hərəkət tələb edəcək və İranın Fars körfəzi ölkələrində, xüsusən də Səudiyyə Ərəbistanında neft obyektlərinə və boru kəmərlərinə qarşı cavab zərbələrinə səbəb ola bilər.

Gülayə Mecid

Seçilən
35
unikal.az

1Mənbələr