AZ

Holand "Mançester Siti"dən nə vaxt ayrılacağına qərar verdi - SON DURUM

"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Holand klubunu dəyişməyə qərarlıdır. 

Fanat.Az "El Nacional"-a istinadən xəbər verir ki, o, artıq 2027-ci ilin yayında getmək niyyəti barədə "Siti" rəhbərliyini məlumatlandırıb. 

Ulduz forvard bu yay komandadan ayrılmayacaq. O, daha bir mövsüm İngiltərədə qalacaq. Erlinq Holand üçün əsas namizəd "Real Madrid" hesab olunur. Bununla belə, "Barselona"nın da ulduza maraq göstərdiyi deyilir. 

"Transfermarkt" 25 yaşlı futbolçunun dəyərini 200 milyon avro qiymətləndirir. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2034-cü ilə qədərdir.

Seçilən
22
2
fanat.az

3Mənbələr