AZ

Rusiyada Teleqramdan istifadə edən hərbçilər ölümə göndərilir

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiyada senzuranın güclənməsi davam edir və digər amillər yanaşı, Ukraynaya qarşı döyüşən qoşunlar arasında vəziyyətə də təsir edir. Bu yaxınlarda cəbhə xəttində olan rus əsgərlərinə Teleqramdan istifadə qadağan edildi.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

"Teleqram tətbiqini telefonlardan silmək üçün ön xəttə təlimat göndərilib. Hərbi polisə telefonları yoxlamaq tapşırılıb. Onların telefonunda Teleqram aşkarlandıqda, ön xətdə hücum sırasına qoşurlar",- məlumatda deyilib.

Qeyd olunub ki, onlardan MAX messencerinə əvəzedici kimi keçidi tələb olunur:

"Lakin MAX tətbiqi də "sızma" məsələsinə görə qadağan edilir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
axar.az

1Mənbələr