AZ

Qızılın qiyməti fevraldan bəri ilk dəfə 5000 dollardan aşağı düşüb

Bakı. Trend:

Nyu-York Ticarət Birjasının bölməsi olan Comex birjasında aprelqızıl fyuçerslərinin qiyməti 19 fevral tarixindən bəri ilk dəfəolaraq troya unsiyası üçün 5000 dollardan aşağı enib.

Trend xəbər verirki, bu, ticarət platformasının məlumatlarından məlum olub.

Bakı vaxtı ilə saat 03:20-yə olan göstəricilərə əsasən, qiymətlimetalın dəyəri 1,07 faiz azalaraq troya unsiyası üçün 4969,52dollar təşkil edib.

Bakı vaxtı ilə saat 03:30-a olan məlumata görə isə qızılınqiymətində eniş tempi zəifləyib və unsiya üzrə qiymət 0,59 faizazalaraq 4993,54 dollara çatıb.

Seçilən
64
1
az.trend.az

2Mənbələr