AZ

Rəhbərliklə münasibətləri korlamadan yox demənin yolları

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Daimi artıq iş saatları və başqalarının tapşırıqlarının sizə yüklənməsi birbaşa tükənməyə aparan yoldur. Biznes-trener Yuliya Çernıx rəhbərliklə münasibətləri korlamadan əlavə işdən imtina etməyin incəliklərini açıqlayıb.Demokrat.az-ın məlumatına görə ekspert bildirir ki, işçi hər dəfə susub razılaşdıqda rəhbərlik sərhədlərin pozulduğu barədə siqnal almır. Nəticədə əlavə iş saatları istisna deyil, qaydaya çevrilir. Digər tərəfdən, aqressiv reaksiya vermək də çıxış yolu deyil. Ən effektiv üsul sakit və arqumentləşdirilmiş dialoqdur. İmtina edərkən üzrxahlıq etmək əvəzinə mövcud vəziyyəti və imkanları dəqiq göstərmək lazımdır.Məsələn, "Bu gün qala bilməyəcəyəm, lakin tapşırığı sabah günorta saatlarına qədər bitirməyə hazıram" və ya "Keyfiyyətin düşməməsi üçün bu işi gələn həftəyə keçirməyi təklif edirəm" kimi ifadələr dialoqu münaqişə müstəvisindən razılaşma müstəvisinə keçirir. Qısa və net mövqe sərgiləmək qarşı tərəfdə daha çox inam yaradır. Uzun-uzadı bəhanələr isə çox vaxt qeyri-peşəkarlıq kimi qəbul olunur.Bəzən dürüst "yox" demək rəhbərliyin gözündə işçinin öz resurslarını düzgün qiymətləndirə bildiyini və peşəkar yetkinliyini göstərir. Əgər əlavə iş saatları qaçılmazdırsa, bunun kompensasiya qaydalarını əvvəlcədən müzakirə etmək növbəti dəfə yarana biləcək anlaşılmazlıqların qarşısını alır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
demokrat.az

1Mənbələr