AZ

Xəyal Əliyev legioner həyatına hazırlaşır? - Yeni əməkdaşlığın detalları

"Sabah" klubunun və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Xəyal Əliyev peşəkar karyerasında yeni və mühüm bir mərhələyə qədəm qoyub.

Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu beynəlxalq transfer bazarında nüfuz sahibi olan "LA Futbol Konsaltinq" (LA Football Consulting) agentliyi ilə rəsmi əməkdaşlığa başlayıb.

Şirkətin rəsmi bəyanatında Xəyal Əliyevin Azərbaycan futbolunun böyük istedadlarından biri olduğu vurğulanıb:

"Azərbaycan milli komandasının daha bir böyük istedadını təmsil etdiyimiz üçün çox xoşbəxtik. Xəyal, biz sənə çox inanırıq və birlikdə böyük uğurlara imza atacağıq."

Xəyal Əliyevin bu addımı təkcə fərdi karyera seçimi deyil, həm də onun gələcəkdə legioner həyatı yaşamaq perspektivlərini gücləndirən strateji gediş kimi qiymətləndirilir. "LA Futbol Konsaltinq" agentliyi beynəlxalq arenada oyunçu transferləri və karyera planlaması sahəsində ixtisaslaşdığı üçün, futbolçunun Avropa klublarının diqqət mərkəzinə düşmə ehtimalı xeyli artıb.

Kamil Xudiyev

Seçilən
39
fanat.az

1Mənbələr