AZ

Joan Laporta yenidən prezident seçildi: O, rəqibini ikiqat üstələyib FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Barselona” klubunda keçirilən prezident seçkilərinin nəticələri bəlli olub. Hazırkı rəhbər Joan Laporta səsvermədə böyük üstünlüklə qalib gələrək postunu qoruyub.

İdman.Biz xəbər verir ki, Laporta seçicilərin 66,6 faizinin rəğbətini qazanmağı bacarıb. Bu, onun ən yaxın rəqibi Viktor Fontun topladığı səslərdən iki dəfə çoxdur.

Maraqlıdır ki, ötən ilin dekabrında 63 yaşlı ispan funksioner 2026-cı ildə namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi. O, həmin vaxt, “Mən Putin və ya Maduro kimi olmayacağam” ifadəsini işlətsə də, sonradan qərarını dəyişib. Laporta iki müddət ardıcıl vəzifədə qalmağı qadağan edən qaydadan yan keçmək üçün seçkilər ərəfəsində istefa verib və beləliklə, yenidən namizəd olmaq hüququ qazanıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
4
icma.az

5Mənbələr